My site
Friday, 26.04.2024, 16:27
Site menu
Tag Board
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Şəkidə bir evə qonaq gəlir!Ev yiyəsi qonağa evi gəzdirir.Bax habra qonağ otağı,Habıra yatağ otağı,habra zəhləm getmiş qaynanamın otağı,habra da metbexdi.....Qonaq deyir:-Ay bacı bəs padişah piyada gedən yer haradı?Şəkili deyir habdeeee habrda ağzoo içindədi.

Şəkili avtobusla Bakıya gəlməyə hazırlaşır.2 mərtəbəli avtobusda yuxarıda sadəcə 1 boş yer qaldığına görə dostlardan biri aşağıda sürücünün yanında əyləşməli olur.Nəhayət onlar Bakıya çatırlar.Aşağıda əyləşən dost görür ki,o biri dostu özünü pis hiss edir,rəngi də qaçıb.Dərhal soruşur :
-" Ha sənin cözoo yiyim.Nə oluddu ???" ..Dostu deyir :
- " Haindi bir diyan görax...Sizin avtobusda şofer vardı ??? " ... dostu cavab verir :
-"hə ne olufdu ki " ...digər Şəkili :
-"Haa indi Şəkidən Bakıya gələnə qədər ürək göbəyimi yemişəm.bizim avtobusda şofer yox idi "

Şəkidə qənd problemi olur.Camaata ancaq həftədə 1 dənə qənd düşür.Hər ailəyə 1 ədəd qənd paylayırlar.camaat bilmir ki,nə etsinlər.Gedirlər Hacı dayının yanına.Problemi danışırlar.Hacı dayı bir az fikirləşir sonra deyir :
-" Siz belə edin.Evdə çay içəndə ailənin hamısı 1 stol başına keçsin.Yuxarıda qəndi ip bağlayıb aşağı sallayın.Hamı qəndə baxıb çay içsin "...

Bir gün bir neçə Bakılı Şəkiyə gəzməyə gedir.Onlar yolda gedərkən eşşəyin üstündə gedən bir şəkiliyə rast gəlirlər.Və şəkili ilə məzələnmək istəyi ilə ondan sorunçurlar.Qardaş bəlkə benzinin ola bizimki qurtarıb Şəkili eşşəkdən düşür və eşşəyin quyruğunu qaldırıb baxır sonra isə qonaqlar tərəfə çevrilib deyir.......
__Yox qardaş,Mənimkinin də Daççiki 0(sıfır) göstərir.

Bilənlər bilir bilmiyənlərdə bilər hər halda Şəkinin kəndlərindən biri də Dəhnə kəndidi.Bir gün Dəhnəli Bakıdan Dəhnəyə gəlmək istəyir və bilet tapa bilmir.Yerlisi Yəni digər dəhnəli gəlib bikef yerlisini görüb deyir ay yerri sən hələ aləmnən bi xəbərsən ayə bilmirsənki Bakıdan Şəkiyə əyriplan uçur?
Özüdə 1 saata istədiyin yerə çatdırır.Nəysə Dəhnəli yerlisinin köməyi ilə Baki şəki təyyarəsinə minir.Təyyarə havaya qalxıb Dəhnə kəndinin üstündən keçəndə Dəhnəli gəlib pilotun yanına deyir qardaş əriplanı habu doqqazda saxla mən düşüm.

Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.

-Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.

Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın. – deyib pitinin ətini götürür.

Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
-Orada nə yığıncaqdır?
Arabaçı deyir:
-Orada da ehsan verilir.
Qarınqulu:
-Onda arabanı ora sür

Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.– deyir.

Şəki bazarında qəssablar: "Qoç əti!", "Qoyun əti!", "Quzu əti!"-deye haray salmışdılar. Abdulcabbar ət almaq fikri olmasa da, qəssabların birinden soruşur: -əmioğlu, ət erkək qoyundu, yoxsa dişi? Qəssab müştəri taptığını görüb sevincək: - Dədəm, erkəkdir, deyir. -E, məni xam hesab eləme, bilmirəm ki, sənin dədən erkəkdir?! Mən qoyunun ətini soruşuram.

Bir Şəkili bərk yorulduğu üçün yer tapıb yatmaq fikrinə düşür. Görür ki, növbətçinin qonşuluğundakı otaq boşdur. Keçib divanda uzanır. Rahat olsun diyə, ayaqlarını dik qaldırıb divara söykəyir və beləcə də yuxuya gedir. Bir azdan kimse otağa girib onu həmin vəziyyətdə xor-xor yatan görur. Cəld oyadıb deyir: -A kişi, sən nə edirsən? Özü də bu vəziyətdə yatışa nə ad vermek olar? Şekili yarıyuxulu halda cavab verir: - Badımcanı...

Qonşu gonşuya keçib gorür ki, ev sahibinin kiçik qızı metbexde meşğuldur.
-A qızım, seni yiyim, hayındı orda nağarırsan?
-Xörek bişirirem, a xala.
-A seni de yiyim, sen bişiren xöreyo da!
Qızın atası o biri otaqdan dillenir:
-A qonşu, qızı yiyirsen yi, amma xöreyde işin olmasın!

Konsertde öz fealiyet derneklerinin cıxışı devam edirdi. Bu defe sehnede başqa bir aparıcı gorünür. O deyir:
-Hayındı sazendeler destesi çalıcihdi "Arazbarı". Tarda dınqıldadır Eleddin, kamançada cüyülledir Sedreddin, nağarada gumbuldadir Şücaeddin.

Dehnede bir kişini camaat yuyucu te'yin edir. Günlerin bir günü kend sakinlerinden biri rehmete gedir. Hamı hüzn yerine toplaşır. Melum olur ki, kişi setelcemden ölüb. Yuyucu gelir. Meyidi çimdirme yerine yerine qoyurlar. Yuyucu öz işine başlayır. Meyitin bedenine isti su deyen kimi, ölü terpenir ve qalxmağa çalışır. Yuyucu bundan berk hirslenib elindeki su qabını kişinin başına vurur ve yavaşdan deyir:"Hara durursan? Qoymaram! Siftemi kor eleme, qadam!".

Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.

Bir nəfərdən soruşurlar:
-Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.

Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.

Search
Site friends
  • Create a free website
  • Your Online Desktop
  • Free Online Games
  • Video Tutorials
  • All HTML Tags
  • Browser Kits
  • Copyright MyCorp © 2024 Make a free website with uCoz